Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma azərkeşlər önündə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
"Bakcell Arena"da keçirilən oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. "Neftçi”yə qarşı oynamaq, bu arenada oynamaq çox xoşdu. Əsl futbol ab-havası gördük. Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm".