Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma azərkeşlər önündə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
"Bakcell Arena"da keçirilən oyundan sonra Bakı klubunun baş məşqçisi Arif Əsədov məğlubiyyəti belə şərh edib:
"Bu oyunda bizə 3 xal çox vacib idi. İlk dəqiqələrdən oyuna yaxşı başlamışdıq. Amma sonradan təşəbbüsü "Qarabağa" verdik. İkinci hissədə dəyişiklik etdik. Çox təəssüf, son dəqiqələrdə qol buraxdıq. Etiraf etmək lazımdı ki, "Qarabağ"ın heyəti çox gözəl komplektləşib və özəl üslubları var. Biz isə bundan sonra da hər oyuna 3 xal üçün çıxıb, mübarizəni sona kimi davam etdirəcəyik".