“Barselona”nın ulduz futbolçusu Lionel Messi 2014-cü ildəki çıxışını yada salıb. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu ötən il meydanın daxili və xaricində problemlər yaşadığını deyib:
"2015-ci ildə ən yaxşı formama çatmaq üçün sıx tempdə çalışıram. 2014-cü il mənim üçün çox yaxşı keçmədi. Çoxlu problem yaşadım. Bu problemli imici dəyişmək və əvvəlki illərdəki formama dönmək üçün motivasiya qazanmalıydım. Komandanın çıxışı da yaxşıdı. Etdiklərimizin qarşılığını almağa başlamışıq. Ancaq hələ qarşımızda uzun bir yol və görməli olduğumuz işlər var".
Messi Çempionlar Liqasının 1/8 finalındakı rəqibləri “Mançester Siti”ni isə turnirdəki ən çətin rəqiblərdən biri kimi xarakterizə edib.