Madrid “Real”ında üzlər gülür. Futbolinfo.az xəbər verir ki, komandanın as yarımmüdafiəçisi Luka Modriç zədəsini sağaldıb. Artıq xorvatiyalı futbolçu komanda ilə birgə məşqlərə başlayıb.
 
Onun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Şalke” ilə keçiriləcək görüşdə meydana çıxma ehtimalı var. Təbii ki, baş məşqçi Karlo Ançelotti icazə versə.
 
Modriç ötən ilin noyabrından meydana çıxmır.
Shares: