Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç ölkənin futbol federasiyası tərəfindən cəzalandırılıb. utbolinfo.az xəbər verir ki, isveçli forvard “Sent-Etyen”lə qarşılaşmadakı kobud hərəkətinə görə, 2 oyunluq diskvalifikasiya edilib. Bu isə o deməkdi ki, İbra martın 1-də Liqa 1, martın 4-də isə Fransa Kuboku çərçivəsində “Monako” ilə oyunları buraxacaq.
Zlatan yanvarın 26-da keçirilən görüşün son saniyələrində rəqib futbolçu Romen Amumanı qəsdən vurduğu üçün sarı vərəqə almışdı.