Səfər qarşılaşmasında “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" qarşıdakı 3-gün ərzində istirahət edəcək.
Komanda fevralın 23-də Lənkəranda bir araya gələrək növbəti tur oyununun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 28-də doğma meydanda “Bakı” klubunu qəbul edəcək.
(12cioyuncu.info)