17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, komandamız yenə Rusiya (U-17) ilə qarşılaşacaq.
Görüş bu gün saat 19:00-da “Bakcell Arena”da baş tutacaq. Azarkeşlərin oyun zamanı stadiona girişi sərbəst olacaq.
Qeyd edək ki, bir neç gün əvvəl (18 fevral) də Rusiya seçməsi ilə gücünü sınayan yığmamız 1:2 hesabı ilə uduzmuşdu.
(affa.az)