Braziliya futbolunun məşhur siması və “Fənərbaxça” əfsanələrindən sayılan Aleks de Souza futbola vida görüşünü keçirəcək. Futbolinfo.az xəbər verir ki, ötən il karyerasına nöqtə qoyan “sambaçı” vida matçını martın 28-də Türkiyədə keçirməyi planlaşdırıb. O, keçmiş komanda yoldaşlarından bir çoxunu buraya dəvət etməyi planlaşdırıb. Eləcə də, “Fənər”dən Rüştü Rəcbər, Tuncay Şanlı, Yozef Yobo, Santos, Lusiano, Dieqo Luqano, Edu, Mehmet Aurelio kimi futbolçular da vida oyununda forma geyəcək.
Shares: