“Barselona”nın ulduz futbolçusu Neymar Brazilya məhkəməsinə çağırılıb. Futbolinfo.az xəbər verir ki, yaxın vaxtlarda ölkəsinə gedərək izahat verəcək. Futbolçunu səhmlərinin 40 %-ə sahib olan DİS şirkəti məhkəməyə verib.
Şirkət iddiasında Neymarın transferindən onlara aid olan məbləği tam almadığını bildirib. Məhkəmə sənədlərin təqdim olunması üçün 5 gün Neymara vaxt verib.
Qeyd edək ki, “Barselona” futbolçunun transfer məbləğini 57 milyon avro olaraq açıqlasa da, Neymarın gəlişindən bəri tranfer ətrafında maddi qalmaqallar davam etməkdədi. “Barsa”nın sabiq prezidenti Sandro Rossell də məhz buna görə istefa vermişdi.