Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos komanda yoldaşı Kriştianu Ronaldonun “Atletiko”ya məğlubiyyətdən (0:4) sonra özünə ad günü mərasimi keçirməsinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, dəvət alsa da, mərasimə getmədiyini etiraf edib:
 
“Ronaldonun ad günü mərasiminə mən də dəvətli idim. Ancaq daha sonra nələr baş verəcəyini bildiyim üçün getmədim. Belə acı məğlubiyyətdən sonra ad günü mərasimi keçirmək düzgün deyildi. Lakin xeyli sayda insanın dəvət edildiyi mərasimi təxirə salmaq da çətindi”.
Shares: