Fransanın PSJ klubu “Barselona”nın dayaq yarımmüdafiəçisi Serxio Busketslə yaxından maraqlanır. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi futbolçu üçün 75 milyon avro ödəməyə hazır olduğunu bildirib.
 
 
İddialara görə, ispanlar da bu keçidə isti münasibət bəsləyir və vəd olunan məbləğə yox demək istəmirlər.
 
Xatırladaq ki, Busketsin katalonlarla 2019-cu ilə qədər müqaviləsi var. O, komandada Xavi, İnyesta və Messidən sonra ən çox əmək haqqı alan futbolçudu.
Shares: