FİFA prezidentliyinə namizədlərdən olan Luiş Fiqu qalib gələcəyi təqdirdə köklü dəyişikliklərə getməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, onun gündəmindəki ən önəmli layihə dünya çempionatlarına qatılacaq komandaların sayında artım etməkdi. 
Portuqaliya futbolunun canlı əfsanəsi təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı iştirakçıların sayını 32-dən 40 və ya 48-ə yüksəltmək fikrində olduğunu bildirib: 
“Düşünürəm ki, DÇ kimi kütləvi bir yarışda daha çox komanda iştirak etməlidi. Özü də yeni əlavə olunacaq komandalar Avropa ölkələrindən yox, digər qitələrdən olmalıdı. Turnirin müddətinin 3-4 gün uzatmaqla matç təqvimini normal qaydaya salmaq mümkündü. Eyni zamanda qrup mərhələsinin iki fərqli qitədə oynanıla bilər”.
Fiqu sonda matçda hakimi təhqir edən futbolçuların oyun ərzində cəzalandırılması təklifini də gündəmə gətirib.
Shares: