Türkiyə PTT 1-ci Liqasında 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, həftənin ilk oyununda milli komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" komandası səfərdə "Orduspor"un qonağı olub.
İmamverdiyevin 90 dəqiqə meydanda olduğu oyunda Elazığ təmsilçisi böyük hesabla (6:1) qələbə qazanıb.
Qeyd edək ki, "Elazığspor" 27 xalla 10-cu pillədə qərarlaşıb.