19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında ötən gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Ümumilikdə, oyundan narazı qalmadım. İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq. Daha səbirli oynamaq lazım idi. Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”.
Shares: