Yoxlama matçında Azərbaycan millisi ilə üz-üzə gələcək Ukraynanın “Şaxtyor” klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağına çıxıb. Futbolinfo.az xəbər verir ki, Donetsk təmsilçisi Polşanın “Tıxı” klubu ilə qarşılaşıb.
Görüş ukraynanıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mirça Luçeskunun komandası bundan əvvəl Qazaxıstan "Atırau"sunu 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycan – “Şaxtyor” oyunu fevralın 24-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.