"Mançester Yunayted" rəhbərliyi yayda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır. Lakin rəhbərlik “köhnələr”dən bir oyunçunu heç cür buraxmaq niyyətində deyil. Futbolinfo.az xəbər verir ki, söhbət təcrübəli yarımmüdafiəçi Maykl Kerrikdən gedir. “Qırmızı şeytanlar” xavbeklə müqavilə yeniləmək fikrindədi.
“Mankunyanlar" ingilis futbolçuya bir illik saziş təklif edəcəklər. Hələlik Kerrikin təklifə razılıq verib-verməyəcəyi sual altındadı.
33 yaşlı oyunçunun hazırkı müqaviləsi 2015-ci ilin yayında bitir.