İtaliyanın "Sampdoriya" klubunun prezidenti Massimo Ferrero komandanın yeni transferi Samuel Eto haqqında fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, Ferrero kamerunlu forvardı dələduz adlandırıb:
 
"Eto həm çempiondu, həm də dələduz… Onun haqqında xarakteristika vermək niyyətində deyiləm. Eto Etodu. Mourinyo keçən il Etonun neçə yaşı olduğunu bilmədiyini demişdi. Heç biz də bilmirik".
 
Eto yanvarda “Everton”dan transfer edilmişdi.
Shares: