Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanovla yenicə müqavilə bağlayan Xorvatiya "Hayduk"unda yeni təyinat reallaşıb. Futbolinfo.az xəbər verir ki, Split təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib.
Yerli mətbuatın yazdığına görə, bundan sonra "bəyazlar"ı Stanko Poklepoviç çalışdıracaq. Onu da lavə edək ki, 77 yaşlı mütəxəssis 4-cü dəfə Split klubunda baş məşqçi vəzivəsini icra edəcək.
Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan Qurbanov "Hayduk"da cari mövsümün sonuna kimi icarə əsasında oynayacaq.