“Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Topaz Premyer Liqasının 23-cü turu iki yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub.
 
 
Bununla da, komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb.
 
mövsüm
klub
oyun
qol
2006/07
Neftçi (Bakı)
7
0
2007/08
Neftçi (Bakı)
12
0
2008/09
Neftçi (Bakı)
16
0
2009/10
Neftçi (Bakı)
25
0
2010/11
Neftçi (Bakı)
25
2
2011/12
Neftçi (Bakı)
30
5
2012/13
Xəzər Lənkəran
17
1
2014/15
Qəbələ
18
2
Cəmi
 
150
10

 

(pfl.az)

Shares: