Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu  "Kayserispor" da növbəti matçına çıxıb.
 "Sarı-qırmızılar" səfərdə "Samsunspor"un qonağı olub. Qolkipermizin ehtiyatda olduğu matçda kayserililər 0:2 hesabı ilə məğlub olub. 
Qeyd edək ki, 21 turdan sonra 43 xal toplayan "Kayserispor" liderliyini davam etdirir.
Shares: