Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma arenada yığmamızın "Bohum"la qarşılaşıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Nazarov isə 46-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, hazırda “Karlsrue” 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.