Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, yığmamızın heyətində daha bir dəyişiklik baş verib.
Belə ki, Maksim Medvedev (“Qarabağ”) zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.
Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmamışdılar.
(affa.az)