Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Şanlıurfaspor"la üz-üzə gəlib. 
Mahir Şükürov sarı vərəqə limitini doldurduğu üçün iştirak etmədiyi oyunda "yaşıl-qırmızılar" 0:1 hesabı ilə məğlub olub. 
Qeyd edək ki, "Karşıyaka" hazırda 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Shares: