Türkiyyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Cəmşid Məhərrəmovun şərəfini qoruduğu "Adanaspor" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"la üz-üzə gəlib. 
Cəmşid Məhərrəmovun ehtiyat oyunçular skamyasından izlədiyi oyunda adanalılar 1:2 hesabı ilə məğlub olub. Serb əsilli hücumçumuz isə 80 dəqiqə meydanda olaraq komandasının qələbəsində pay sahibi olub. 
Qeyd edək ki, "Adanaspor" 25 xalla 13-cü, "Manisaspor" isə 20 xalla 15-ci pillədə qərarlaşıb.
Shares: