İtaliyanın “Parma” klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Futbolinfo.az xəbər verir ki, ciddi maliyyə problemi ilə üzləşən komandanın A seriyasından xaric olunacağı haqda martın 19-da rəsmi qərar veriləcəyi gözlənilir.
 
Bu gün keçirilməli olan “Parma” – “Udineze” matçı artıq təxirə salınıb. "La Gazzetta dello Sport"un verdiyi xəbərə görə, bir müddət öncə klubun başına keçən Ciempyetro Manenti ötən həftənin əvvəlinə kimi oyunçuların maaşlarının ödəniləcəyi ilə bağlı verdiyi sözün üstündə dura bilməyib. 
 
Yaxın günlərdə rəsmən muflis elan ediləcəyi gözlənilən "Parma"nın büdcəsində 40 min avro qalıb. Futbolçular və klubun digər əməkdaşları 8 aydı maaş ala bilmirlər.
Manentinin Sloveniyadaki bank hesablarını boşaltdığı və şəhəri tərk etdiyi bildirilir.

 
"Parma" bu gün təxirə salınan "Udineze" ilə qarşılaşmasından etibarən mövsümün sonuna kimi geridə qalan bütün matçlarında texniki məğlubiyyət alacaq.
"Parma”nın 2014/15 mövsümü başa vurması üçün kluba 5 milyon avro ayırması haqda İtaliya Futbol Federasiyası ilə müzakirələrə başlanılıb.
"Parma" iki dəfə UEFA kuboku (1995, 1999), bir dəfə Kuboklar kuboku (1993), bir dəfə isə UEFA Superkubunun (1993) qalibi olub.
Shares: