Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" səfərdə “Akademiko Vizeu” ilə üz-üzə gəlib.
 
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadə isə matçın sonuna kimi ehtiyyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, "Atletiko" hazırda 30 xalla 19-cu yerdə qərarlaşıb.
Shares: