"Volfsburq"un yarımmüdafiəçisi Kevin De Bruyne "Mançester Siti"nin maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, "şəhərlilər" Belçika millisinin üzvünə görə 27 milyon funt ödəməyə hazırdı.
"Mançester Siti" ilə yanaşı, 23 yaşlı futbolçunun sabiq klubu "Çelsi" də onunla yaxından maraqlanır.
Kevin De Bruyne cari mövsümdə 28 matçda meydana çıxıb və 11 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.