"Mançester Yunayted" rəhbərliyi ilə qolkiper David De Xea arasında müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar davam edir. Futbolinfo.az xəbər verir ki, ispan qapıçının hazırkı sazişi 2017-ci ildə bitir.
 
MY De Xeanı "Real"a buraxmamaq üçün müqavilə yeniləmək niyyətindədi. Ancaq danışıqlar zamanı anlaşmazlıq yaranıb. "Mankunyanlar" qapıçının sərbəst qalma məbləğini 50 milyon funta-sterlinqə qədər qaldırmaq istəyirlər, 24 yaşlı qapıçının meneceri isə 25 milyon funtda israr edir.
 
İngiltərə təmsilçisi hətta De Xeanı razı sala bilmək üçün həftəlik məvacibini 200 min funta qədər qaldırmağı da təklif edib.
Shares: