19 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında ötən gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam affa.az saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Ötən oyunla müqayisədə, bu dəfə komandamdan daha razı qaldım. Güclü Finlandiya yığmasına qarşı layiqli oyun göstərdik. Komanda şəklində mübarizə apardıq. Fransada keçirəcəyimiz ağıq oyunları nəzərə alsaq, gözəgəlimli oynamaq bir o qədər də vacib deyil və futbolçularımız bu cür qarşılaşmalara vərdiş etməlidirlər. Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə, komandalar nəticə naminə bəzən baxımlı futbola üstünlük vermirlər. Futbolçularım hər oyunda xarakter nümayiş etdirdiyi üçün bu komandada çalışmaqdan zövq alıram”.