Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" doğma arenada "Bakı"nı qəbul edir.
Hazırda Lənkəran şəhər stadionunda qarşılaşmanın 23-cü dəqiqəsində Bakı təmsilçisinin hücumçusu Nurlan Novruzov topu rəqib qapısından keçirsə də, hakim ofsayd səbəbindən bu qolu saymadı. Sizi həmin epizoddan hazırlanmış videomaterialla tanış edirik.