Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzub.
"Kapital Bank Arena"da qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib:
“Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə oyundu ki, süni meydançalarda oynayırıq. Bu, ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq. Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddu. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.
(pfl.az)