Topaz Premyer Liqasının 24-cü turunda "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Bakı"nı 2:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, cənubluların 2 qolunu vuran Ağabbala Ramazanov matçın artırma dəqiqələrində (90+2) qırmızı vərəqə alıb.
"Ağ-yaşıllılar" hücum etdiyi vaxt "Bakı"nın cərimə meydançasının içində qarışıqlıq yaranıb. Elə bu an oyunun yan xətt hakimi Namiq Hüseynov baş hakim Ömər Paşayevi yanına çağıraraq, Ramazanova qırmızı vərəqə verməsini tələb edib. Ağabala isə hakimin bu qərarı ilə razılaşmayaraq, yan xətt hakimini ağır söyüşlə təhqir edib.
Qeyd edək ki, Ramazanov rəqib futbolçunu dirsəklə vurduğu üçün qırmızı vərəqə aldı. Onu da əlavə edək ki, bir azdan həmin videonu da təqdim edəcəyik.