Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Bakı"nı 2:1 hesabı ilə məğlub edib. 
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov qələbəni belə şərh edib:
“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə  futbolçuları, rəhbərliyi tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.   
(pfl.az)

Shares: