Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Bakı"nı 2:1 hesabı ilə məğlub edib. 
 
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi İbrahim Uzunca məğlubiyyəti belə şərh edib:
“Oyuna biz hakimlik edirdik. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da,  məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odur ki, hakimlər diqqətli olsunlar, təkcə  bizim oyunlarda yox, bütün oyunlarda”. 
(pfl.az)
Shares: