Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
“Emosiyalarımız müsbətdi. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.
(pfl.az)