Türkiyə PTT 1-ci Liqasında 22- ci turun  oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" komandası da növbəti oyununa çıxıb. 
Adıçəkilən komanda səfərdə "Antalyaspor"un qonağı olub. Görüş antalyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan serb əsilli futbolçumuz 78-ci dəqiqədə əvəzlənib. 
Qeyd edək ki, "Manisaspor" 20 xalla 16-cı pillədə qərarlaşıb.
Shares: