Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" evdə "Bakı"nı 2:1 hesabı ilə məğlub edib. 
Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra ev sahibi komandanın futbolçusu Rahid Əmirquliyev qələbəni belə şərh edib:
"Çətin oyun keçdi. Qarşılaşmadan qələbə ilə ayrıldığımız üçün çox sevincliyəm. Uzun müddət idi ki, qələbə üzünə həsrət idik. "Bakı" ilə matçdan 3 xalla ayrılmaq bizim üçün bir şans idi. Şükürlər olsun ki, bu şansı da yaxşı dəyərləndirdik. Ən çox azarkeşlərimizə görə sevinirəm ki, yenilənmiş heyətlə onları evə məyus yola salmadıq". 
Təcrübəli kapitan komanda yoldaşı Ağabala Ramazanovun qırmızı vərəqə alması ilə bağlı da fikirlərini açıqlayıb: "Ağabala Ramazanov bu gün yaxşı çıxış etdi. İki qol vurmaqla qələbədə pay sahibi oldu. Ancaq qırmızı vərəqə alması məyus edicidi. Ramazanov komandanı pis vəziyyətdə qoydu. Özü ilə söhbət etdim. Dedi ki, qırmızı vərəqəlik heç nə etməyib".
Shares: