Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Nurnberq"lə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Nazarov isə 88-ci dəqiqədə Manuel Torresin əvəzinə meydana çıxıb.
Qeyd edək ki, hazırda “Karlsrue” 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.