Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Qəbələ”ni qonaq edib. Futbolinfo.az xəbər verir ki, qonaqların 1:0 hesabı ilə qələbə qazandığı matçdan sonra meydan sahiblərinin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablayıb.
– Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
– Mənim üçün maraqlı oyun oldu. Bildiyiniz kimi, futbolçularımızın əksəriyyəti uzun müddətdi ki, bir yerdə deyildi. İlk hissədə taktiki cəhətdən bəzi problemlərimiz var idi. İkinci hissədə oynumuz bir az düzəldib, qol epziodları yaratsaq da, bundan yararlana bilmədik. Bir az da bəxtsizliklə üzləşdik. Amma belə pis oynamadıq. Gələn oyunlarda qalib gəlməyə çalışacağıq.

– Komandada arxayınçılıq varmı?
– Xeyr, arxayınçılıq yoxdu. Özünüz də gördünüz ki, ikinci hissədə həmişəki kimi oyunumuzu nümayiş etdirdik. Sadəcə milli komandadan gələn bəzi futbolçular yorğun idi, bəzi futbolçular ayrılıqda məşq edirdi, mən zədəli olduğuma görə 6 gün məşqlərdə iştirak etməmişdim. Amma yenə də gördüyünüz kimi fasilədən sonra hər şey öz qaydasında getdi. Sadəcə qol vura bilmədik.

– Komandanızın millidə çıxış edən futbolçuları ayın 26-ı vətənə qayıdıb, 1 gün sonra oyuna çıxdılar. Bunun məğlubiyyətinizdə nə kimi rolları oldu?
– Məncə, bu problem deyil. Çünki Avropa Liqasında gün olub ki, birbaşa hansısa ölkədən Qəbələyə gəlib, oyuna çıxmışdıq. Sadəcə ola bilər ki, psixoloji cəhətdən bir az yorğunluq ola bilər. Düşünmürəm ki, millinin futbolçularına görə məğlub olduq. Fikir verdinizsə, matçın ən yaxşıları da yığmada çıxış edən futbolçular idi.

– Əsas rəqiblərinizdən olan “İnter” bu gün qalib gəldi və xal fərqi 6-ya düşdü…
– Təbrik edirəm “İnter” futbolçularını. Düzdü, rəqib bir az bizə yaxınlaşsa da, arada 6 xallıq fərq var. Biz də çalışacağıq ki, bu fərqi qoruyaq. Bilmək olmaz, ola bilsin, bu fərq artdı və ya azaldı. “İnter” və “Neftçi” ilə qarşıda hələ oyunlarımız var.

– Sizcə, bugünkü məğlubiyyət çempionatın xeyrinə oldumu?
– Razıyam. Xal fərqi böyük olan kimi rəqib futbolçularda artıq bildirirlər ki, “Qarabağ”ı təbrik edirik. Bu hal heç də bizə xoş gəlmir. Məncə, bundan sonra daha da maraqlı çempionat gedəcək.

– Hər kəsin “Qarabağ”ı çempion kimi görməsi futbolçularda arxayınçılıq yaradırmı?
– Düzdü, komandanı bir az rahatlaşdırır. Amma biz nə edə bilərik ki? Azarkeşlər “çempion buraya” deyə qışqırır? Bu da bizdə arxayınçılıq yaradır. Hərdən mətbuatda da yazırlar ki, “Qarabağ” artıq çempiondu. Amma nəzərə almaq lazımdı ki, bu 5 il dalbadal başımıza nə oyunlar gəldi və qalib ola bilmirdik.

– Siz hamınız peşəkar futbolçularsınız. Sizə elə gəlmirmi ki, bu cür hallar oyunçulara təsir etməməlidi.
– Mən bir şeyi qeyd etmək istəyirəm ki, avrokuboklarda elə də pis nəticə göstərmədik. Həmin vaxt da biz eyforiyaya qapıla bilərdik. Amma gördüyünüz kimi belə bir şey baş vermədi. Əksinə, baş məşqçi futbolçuara bildirdi ki, daha sadə olun, daha peşəkar yanaşın işinizə ki, daim nəticə qazana biləsiniz. Ona görə də inanmıram ki, indi hansısa futbolçumuzda arxayınçılıq olsun.

– Oyundan sonra Qurban müəllim futbolçulara nəsə dedimi?
– Futbolçuları yaxşı oyuna görə təbrik etdi.

ELMAR ABDULLA-ZADƏ