Çinin "Dalian Wanda Group" şirkətlər qrupu "Milan"ın səhmlərini almaq istəməsi ilə bağlı rəsmən açıqlama yayınlayıb. Futbolinfo.az xəbər verir ki, şirkət rəhbərliyi İtaliya klubunu almaq istədiklərini gizlətməyib. Lakin onlar Silvio Berluskoninin tələb etdiyi məbləği əsas gətirərək geri addım atdıqlarını açıqlayıblar:
“Biz təklifimizi etdik. Lakin Silvio Berluskoni bu iş üçün 1 milyard avro tələb etdi. O, klubu 1 milyard avroya satmağa hazırdı. Məgər biz bu qədər axmaqıq?! Bu məbləği heç vaxt ödəmərik".
Qeyd edək ki, sözügedən şirkət “Milan” üçün 300 milyon avro təklif etmişdi.