"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal uzun illər "mankunyanlar"a xidmət etmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, o, klubla olan müqaviləsini 5 il müddətinə uzatmaq istəyir.
Bu haqda "The Mirror" məlumat yayıb. Hollandiyalı mütəxəssis 7 aydı klubda çalışmasına baxmayaraq, artıq MY haqda qəti qərarını verib. Van Qal Qleyzer ailəsi ilə görüşüb və onlara 2020-ci ilə kimi olan planını təqdim edib. Klub sahibləri planı bəyəniblər və LVG-yə əlavə 2 illik müqavilə təklif etməyə hazırdılar.
Lui van Qal "Mançester Yunayted"in karyerasındakı son komanda olmasını istəyir.