Elxan Məmmədovun “İnter” – “Simurq” oyunlarının nəticələrinin şübhəli olması ilə bağlı məlum açıqlaması hələ də müzakirə olunur. Bu səbəbdən baş katibin “qardaşlar”ın sonuncu dueli ilə bağlı fikirləri də maraq doğurur.
Şənbə günü baş tutan növbəti “İnter” – “Simurq” qarşılaşmasını stadionda canlı izləyən Məmmədovun matç haqda fikirlərini öyrənmək istədik. Baş katib oyun bitən kimi jurnalistlərin uzaq olduğu tribunadan “İnter Arena”nı tərk etmək istəyərkən, qarşısında Futbolinfo.az-ın əməkdaşını gördü. Amma stadionu xəlvət tərk etmək istəyən baş katib açıqlama verməkdən imtina etdi. O, “Qarabağ” – “Qəbələ” oyununa tələsdiyini, bu matç haqda isə danışa bilməyəcəyini söylədi. Görünür, yersiz açıqlaması ona ciddi problem yaradıb və müzakirələrin davam etməsindən narahatdı.
Shares: