Ötən gün Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində evdə “Bakı” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” istirahət etmədən hazırlıqlarını davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, bu gün oyunsonrası bərpa məşqinə çıxan "ağ-yaşıllar" hazırlıq prossesinin ardından bir neçə saatlıq sərbəst buraxılıb.
 
Növbəti məşq isə martın 2-də paytaxtda keçiriləcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyun çərçivəsində martın 4-də səfərdə “İnter”lə üz-üzə gələcək. Cavab qarşılaşması martın 13-də “Fırtınalar meydanı”nda baş tutacaq.
(12cioyuncu.info)
Shares: