Azərbaycan millisinin baş məşqçi köməkçisi Mahmud Qurbanovun futbolinfo.az saytına müsahibəsi:
– “Sumqayıt” – “Neftçi” oyununu canlı izlədiniz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik…
– Soyuq və küləkli hava şəraitinin olmasına baxmayaraq, maraqlı oyun oldu. Kanalesin ustalığı özünü göstərdi və “Neftçi” minimal hesablı qələbə qazandı. 
– Yerli futbolçulardan kimlərin oyununu bəyəndiniz?
– Samir Məsimov və Məhəmməd Qurbanov.
– Bəs kimlərin oyunun izləmək istəyirdiniz?
– Bildiyiniz kimi, “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə sarı vərəqə limitinə görə bu oyunda iştirak etmirdi. Rauf Əliyev və Araz Abdullayevin oyununu izləmək istəyirdim. Amma, onlar ehtiyatda idilər. Sonradan meydana daxil oldular. 
– Milli komandamızın Antalyadakı çıxışı ilə bağlı nə deyə bilərsiniz…
– Bu barədə milli komandanın baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib. Həm oyun, həm də futbolçuların çıxışı ilə bağlı danışıb. Ümumilikdə Prosineçki Antalya toplanışından razı qaldığını bildirib. 
– Millimizin baş məşqçisi Robert Prosineçki müdafiənin sol cinahına istədiyi oyunçunun tapa bilmədiyini vurğulayıb. Sizcə, bu problem necə həll olunacaq?
– Doğrudanda sol cinah müdafiəçisi tapmaqda çətinlik çəkirik. Ola bilər ki, ya Maksim Medvedev, ya da ki, Arif Daşdəmirov çıxış etsin. Antalya toplanışında Arif sol cinahda “Şaxtyor”la görüşdə oynadı. Düşünürəm ki, pis təsir bağışlamadı.
ZAMİN ALLAHVERDİYEV
Shares: