Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçi Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" da növbəti matçını keçirib.
Adıçəkilən komanda doğma azərkeşləri qarşısına yığmamızın digər üzvü Ufuq Budaqın şərəfini qoruduğu "Qaziantep BB" ilə üz-üzə gəlib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki futbolçumuz matçı əvəzedilmədən keçirib. 
Qeyd edək ki,  "Elazığspor" 27 xalla 11-ci, "Qaziantep BB" isə 26 xalla 13-cü pillədə qərarlaşıb.
Shares: