Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Haydenhaym"la qarşlaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyyat oyunçular skamyasında əyləşən Erat 71-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Fortuna" hazırda 35 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.