“Mançester Yunayted”in aparıcı hücumçusu Robin van Persi haqda həkimlərdən mənfi xəbər gəlib. Futbolinfo.az xəbər verir ki, hollandiyalı forvard bir ay müddətinə İngiltərə təmsilçisinə kömək edə bilməyəcək.
Premyer Liqanın 26-cı turunda “Suonsi” ilə matnda zədələnən oyunçu haqda tibbi müayinədən sonra bu proqnoz verilib. Komandanın baş məşqçisi Lui van Qal da 32 yaşlı futbolçunun vəziyyətinin yaxşı olmadığını təsdiqləyib.
Qeyd edək ki, van Persi cari mövsüm İngiltərə Premyer Liqasında 10 qola imza atıb.