“Arsenal” tarixinin ən yaxşı oyunçularından olan Tyerri Anri maraqlı gələcəkdə London klubunu çalışdırmaq istədiyini bird aha dilə gətirib. Futbolinfo.az xəbər verir ki, hər fürsətdə bu istəyini gizlətməyən fransalı hazırkı çalışdırıcı Arsen Vengerə də mesaj göndərib:
 
“Mən bilmirəm Arsen nə etmək fikrindədi və o daha nə qədər klubda qalacaq amma mən birgün məşqçi olmaq istəyirəm. “Arsenal”a rəhbərlik etmək arzumdu. Əvvəlcə bunun təhsilini almaq lazımdı. Bu ən əsasıdı. Mən “Arsenal”a düşünmədən hə deyərdim və bu mənim üçün unudulmaz an olardı”.
 
Fransalı “Arsenal”da 1999-2007-ci illərdə oynayıb və 2012-ci ildə icarə şərti ilə komandaya qayıdıb. Klubun məhsuldarlıq rekordu – 228 top onun adındadı. 1996-cı ildən bəri “Arsenal”a Arsen Venger rəhbərlik edir.
Shares: