Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri növbəti görüş keçiriblər. Futbolinfo.az xəbər verir ki, onlar 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla bir araya gəliblər.
Görüşdə U-19 yığmamızın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
 
(affa.az)
Shares: