Xorvatiya çempionatında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Hayduk" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda "Zadar"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə nəticələnib. Fevral ayının ortalarından "Hayduk"a transfer olunan Qurbanov hələ ki, əsas komanda ilə debüt edə bilməyib. Onun adı bu dəfə də protokola salınmayıb.
Maraq üçün bildirək ki, Qurbanov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bir başa təşəbbüsü ilə "Hayduk"a icarəyə göndərilsə də, hələ ki, Split təmsilçisinin son 3 oyununda adı iştirak ərizəsinə salınmayıb. Qurbanovun məvacibini isə "Hayduk" yox, müqavilə ilə məxsus olduğu "Neftçi" klubu ödəyir.
Qeyd edək ki, "Hayduk" hazırda 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Shares: